İdentifikasiya ilә bağlı әsas anlayış vә mәlumatlar

İdentifikasiya ilә bağlı әsas anlayış vә mәlumatlar

10 avqust 2009-cu il tarixli “Cinayәt yolu ilә әldә edilmiş pul vәsaitlәrinin vә ya digәr әmlakın leqallaşdırılmasına vә terrorçuluğun maliyyәlәşdirilmәsinә qarşı mübarizә haqqında qanunda müәyyәn edilmiş hallarda hәyata keçirilәn fiziki şәxsin identifikasiyasi fiziki şәxsin şәxsiyyәti tәsdiq edәn sәnәd әsasında aparılır (maddә 9.5.Fiziki şәxsin verifikasiyası üçün tәtbiq edilәn tәdbirlәr aşağıdakılardır: doğum haqqında şәhadәtnamә, pasport, sürücülük vәsiqәsi vә ya digәr rәsmi sәnәd әsasında doğum tarixinin tәsdiqlәnmәsi; mәnzil-kommunal xidmәti vә ya qeyri-yaşayış sahәlәrindәn istismar haqqı üçün mәdaxil qәbzlәri, yaxud mülkiyyәt hüququnun dövlәt qeydiyyatına alınması haqqında daşınmaz әmlakın dövlәt reyestrindәn çıxarış, order, icarә vә ya kirayә müqavilәsi әsasında yaşayış yeri üzrә qeydiyyatın tәsdiqlәnmәsi (maddә 9.10).