Tәhlükәsizlik

Tәhlükәsizlik


Wallet One “Vahid cüzdan” təhlükəsizdirmi?

Wallet One ödəmə sistemi mövcud olduğu hər ölkənin nəzarət orqanı tərəfindən lisenziyalaşdırılır və buna görə tamamilə təhlükəsizdir. Wallet One PCI DSS təhlükəsizlik standartı, SSL-protokolu, Verified by Visa və MasterCard SecureCode təhlükəsizlik sistemlərini tətbiq edir.

PCI DSS — Ödəmə Kartları Sənayesinin Təhlükəsizlik Standartları Şurası (Payment Card Industry Security Standards Council) tərəfindən hazırlanmış beynəlxalq təhlükəsizlik standartıdır. Təhlükəsiz sistemlərin qurulması və onlara xidmət göstərilməsinə dair 12 tələbdən ibarətdir və iri beynəlxalq ödəmə sistemləri tərəfindən qəbul edilib. Wallet One hər il PCI DSS standartına uyğunluq testindən keçir.

SSL-protokolu (Secure Sockets Layer) — məlumatların ötürülməsinin təhlükəsizliyini təmin edən kriptoqrafik nəqliyyat mexanizmidir.

Verified by Visa — Visa ödəmə sistemi tərəfindən hazırlanmışdır və ödəmələrin edilməsi zamanı əlavə təhlükəsizlik texnologiyasıdır.

MasterCard SecureCode — MasterCard bank kartları vasitəsilə ödəmələrin edilməsi zamanı əlavə təhlükəsizlik texnologiyasıdır.

Bundan əlavə biz fırıldaq ödəmələrin aşkarlanması üçün nəzərdə tutulan dələduzluq əleyhinə (anti-fraud) sistemdən istifadə edirik. Bu, Wallet One ödəmə sistemini dələduzlardan başqa hamı üçün rahat və təhlükəsiz edir.


Vahid cüzdan istifadəçiləri üçün əsas təhlükəsizlik qaydaları

Wallet One xidmətin etibarlı və təhlükəsiz olması üçün öz tərəfindən bütün tədbirləri görür. Lakin siz də pullarınızın təhlükəsizliyinin qeydinə qalmalısınız.

Şifrə

Etibarlı şifrə — təhlükəsizliyin birinci və əsas qaydasıdır. Yaxşı şifrə rəqəm və hərflərdən ibarətdir və tərkibində ən azı 6 simvol var. Şifrə yaradarkən birbaşa sizinlə bağlı olan rəqəmləri istifadə etməyin (telefon nömrəsi, doğum tarixi, ŞV nömrəsi).
Şifrəni heç yerə qeyd etməyin (və ya heç olmasa telefon və ya kompyuterin yanında saxlamayın). Təbii ki, bu gün hər kəs çoxlu şifrə yaratmalı olur və onları yadda saxlamaq asan deyil. Lakin cüzdanınızın təhlükəsizliyi təhdid altında olmamalıdır. Şifrəni unutmamaq isə asandır – Vahid cüzdanın şəxsi kabinetinə tez-tez daxil olmaq kifayətdir!

Antivirus

Antivirusun quraşdırılması kompyuterinizdə saxlanılan istənilən məlumatın qorunması üçün vacibdir. Və ən əsası, antivirus sizi Vahid cüzdanınızın şifrəsi, bank rekvizitləriniz və ya bank kartlarınızın nömrələri kimi vacib məlumatlarınızın oğurlanmasından qoruyacaq.

Cüzdanla bağlı hansı məlumatları digər şəxslərə bildirmək olmaz?

Digər şəxslərə cüzdanınızla bağlı onun nömrəsindən başqa heç bir məlumatı bildirməyin. Hətta, Vahid cüzdandan istifadə edərkən cüzdan nömrəsini bildirməmək belə olar. Çünki, istifadəçilərimiz bir-birlərinə telefon nömrəsi və ya e-mail vasitəsilə pul köçürə bilirlər.


Fişinq

Fişinq — cinayətkarların özlərini xidmətlərindən istifadə etdiyiniz bank və ya ödəmə sistemi kimi qələmə verdikləri dələduzluq növüdür.

Bu necə olur: sizə məktubla link göndərilir və təklif olunur ki, linklə keçib şifrə və ya digər məlumatlarınızı daxil edəsiniz. İlk baxışda bu sizin şəxsi kabinetiniz və ya sistem saytının linki kimi görünə bilər. Məktubda hesabın bloklanması, pul köçürülməsi və ya pul mükafatının qazanıldığı haqda yalan məlumatlar ola bilər. Belə məktub aldıqda ehtiyyatlı olun!

  1. Brauzerdə səhifənin ünvanına diqqətlə baxın. Ola bilsin, görəcəksiniz ki, sizə hansısa məlumatları www.walletone.com saytında deyil, www.naməlum-nəsə-walletone.com saytında daxil etməyi təklif edirlər. Qətiyyən daxil etməyin! Diqqətlə baxın — əslində brauzerdə linkin mətninin bir hissəsi qara, bir hissəsi isə boz rəngdə olmalıdır. Qara rəng ilə domen, yəni www.walletone.com qeyd edilməlidir. Əks halda linki göndərilmiş saytın bizə heç bir aidiyyatı yoxdur.
  2. Şifrəni YALNIZ şəxsi kabinetə giriş zamanı daxil edin. Onu heç bir məktubda, SMS mesajında və s. yerlərdə, hətta şifrəni daxil etmə xahişi çox inandırıcı görsənsə belə, yazmayın.

Şübhəli link almısınızsa, bu haqda security@walletone.com ünvanımıza yazın və ya linki antiphishing.ru saytında müvafiq forma daxil edin.

Bundan başqa smişinq də vardır ki, fişinqdən fərqli olaraq SMS ilədir. Bu halda istifadəçiyə fişinq saytının linki və ya hər hansı məlumatın SMS ilə ötürülməsi xahişi olan mesaj gəlir. Belə linki açmayın, SMS-i də cavablandırmayın!


İdentifikasiya nədir və nə üçün vacibdir?

İdentifikasiya — cüzdan sahibi haqda doğru məlumatların müəyyən edilməsidir və Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri əsasında həyata keçirilir. Təyin olunmuş limitdən daha artıq məbləğdə maliyyə əməliyyatları üçün mütləqdir.

İstifadəçilərin identifikasiyadan keçməsi — ödəmə sisteminin təhlükəsizliyinə dair ən vacib tələblərdəndir. Bu, pullarınızın etibarlı şəkildə qorunduğuna əmin olmağınız üçün mütləqdir.

İdentifikasiyadan keçməyənədək Vahid cüzdandakı hesabınız anonim hesab olunur. Bu, dələduzlara sərf edir, lakin vəsaitlərini qorumaq istəyən istifadəçilər üçün isə sərfəli deyildir.

Məhz buna görə identifikasiya proseduruna ciddi yanaşmaq lazımdır.

İdentifikasiyadan şəxsi kabinetdə keçmək olar.


Cüzdanın təhlükəsizliyini necə gücləndirmək olar?

Cüzdanınızın təhlükəsizliyini Google Authenticator proqramını quraşdırmaqla gücləndirə bilərsiniz. Bundan sonra Vahid cüzdan vasitəsilə pul köçürdükdə və ya nəyisə ödədikdə bu proqram sizin üçün hər dəfə bir istifadəlik şifrə generasiya edəcək.

Bunu necə etmək olar:

  1. Vahid cüzdandakı şəxsi kabinetinizdə “Cüzdanın təhlükəsizliyini gücləndirmək” bannerini tıklayın.
  2. App Store və ya Google Play düyməsini basın. SMS ilə proqramlar mağazasına keçid linkini alacaqsınız.
  3. Yüklədikdən sonra şəxsi kabinetə geri qayıdın. “Cüzdanın təhlükəsizliyini gücləndirmək” bannerini bir daha tıklayıb “Proqramı quraşdırdım” düyməsini basın.
  4. Ekrana çıxan QR kodunu skan edin.
  5. Kodu skan etdikdən sonra SMS ilə gələn şifrəni daxil edin.