Публичная оферта W1 AZN

Публичная оферта W1 AZN

1. Hazırkı Şәrtlәrdә “WalletOne” Cüzdanın balansının artırılması, pul vәsaitlәrinin nağd çıxarılması , olan pul vәsaitlәrinin üçüncü şәxslәrin cüzdanına vә ya tәsәrrüfat subyektlәrinә köçürülmәsi xidmәtlәri (bundan sonra “Xidmәtlәr” adlanacaq) üzrә aşağıda böyük hәrflә göstәrilәn terminlәr növbәti mәnaları daşıyacaqlar:

1.1. Avtorizasiya — Administrator tәrәfindәn Әmәliyyatın başa çatdırılması üçün verilәn, Bankın üzәrinә hәmin Әmәliyyata dair Cüzdanın Limiti çәrçivәsindә öz adından hesablaşma aparmaq öhdәliyini qoyan icazә;

1.2. Administrator — Malın dәyәrinin ödәnilmәsi üzrә hesablaşma әmәliyyatını icra etmәk arzusunda olan Müştәri tәrәfindәn Cüzdandakı pul vәsaitlәrin istifadәsinә imkan verәn «WalletOne» elektron sisteminin titul sahibi «Finnova» MMC;

1.3. Cüzdanın aktivlәşdirilmәsi — Administrator tәrәfindәn Cüzdandan istifadә etmәklә Әmәliyyatın icra edilmәsinә qoyulan mәhdudiyyәtin götürülmәsi;

1.4. Bank — «Access Bank» Qapalı Sәhmdar Cәmiyyәti (ünvan: Mәrkәzi ofis,Tbilisi prospekti 3, Bakı AZ1065, Azәrbaycan, Tеl: (+994 12) 510 10 24, Faks: (+994 12) 510 08 44. İş vaxtı: Bazar ertәsi-Cümә: 9:00 — 18:00);

1.5. Cüzdanın bloklaşdırılması — Administrator tәrәfindәn Müştәrinin Cüzdandan istifadә etmәklә Әmәliyyatı icra edilmәsinә texniki mәhdudiyyәtin qoyulması qaydaları; Cüzdanın bloklaşdırılması onun fәaliyyәtinin dayandırılması hesab olunmur;

1.6. Cüzdanın sahibi — Müştәri vә ya Müştәrinin Әmәliyyatın icra edilmәsi da daxil olmaqla, istifadә mәqsәdilә müvafiq mәlumatı verdiyi (Cüzdandan istifadә hüququnu verdiyi) hәr hansı bir fiziki şәxs;

1.7. Müqavilә — Bir tәrәfdәn Administrator vә Bank, digәr tәrәfdәn isә Müştәri tәrәfindәn Cüzdanın istifadәsinә dair müәyyәn Şәrtlәr çәrçivәsindә bağlanılan razılaşma;

1.8. Sәnәd — Әmәliyyat(lar) üzrә hesablaşmaların aparılması üçün әsas verәn vә ya onların icra edimәsini tәsdiq edәn elektron sәnәd;

1.9. Müştәri — Administrator vә Bankla müәyyәn Qaydalar çәrçivәsindә Müqavilә bağlayan fiziki şәxs;

1.10. Cüzdanın limiti — Müştәrinin öz adından Әmәliyyatlar üzrә hesablaşmaları aparması mәqsәdilә, Administratorun Müştәri qarşısında Müştәri tәrәfindәn tәqdim edilmiş (ödәnilmiş) pul vәsaitlәrinin miqdarı qarşılığında öhdәliklәrinin hәcmi;

1.11. Әmәliyyat — Cüzdanın sahibi tәrәfindәn icra edilmәsinә Administratorun Cüzdanından istifadә etmәk üçün Avtorizasiya verilmiş vә Cüzdanın limiti çәrçivәsindә Cüzdan balansının artırılması, Cüzdandan pul vәsaitlәrinin çıxarılması, Cüzdanda olan pul vәsaitlәrinin üçüncü şәxslәrin Cüzdanlarına köçürülmәsi vә ya Tәsәrrüfat subyektlәrinә Malın dәyәrini ödәnilmәsi;

1.12. Geri ödәmә әmәliyyatı — Tәsәrrüfat Subyekti tәrәfindәn tәqdim olunmuş Malların ödәnilmәsi zamanı tranzaksiya keçmәdiyi halda,Cüzdanın sahibi tәrәfindәn Malın Cüzdan istifadә etmәklә alındığı Mal Tәsәrrüfat Subyektә* uğursuz keçәn tranzaksiyaya görә geri qaytarılması zamanı Cüzdandan istifadә edәrәk aparılan, hәmin malın dәyәrini tәşkil edәn pul vәsaitlәrinin qaytarıldığı hesablaşma әmәliyyatı;

*Qeyd: ancaq Cüzdan vasitәsilә öz Mallarını sata bilәn Tәsәrrüfat subyektlәri

1.13. Cüzdanın ilkin limiti — Müqavilәnin bağlanıldığı an Cüzdanın limiti;

1.14. Ödәniş limiti — Cüzdanın sahibi tәrәfindәn Әmәliyyatların icra edilmәsinә imkan verәn pul vәsaitlәrinin hәcmi;

1.15. Tәsdiqedici sәnәdlәr — Cüzdanın açılması faktını tәsdiq edәn aşağıdakı sәnәdlәr:

1.15.1. Cüzdanın aktivlәşdirilmәsinә dair elektron sәnәd;

1.15.2. Bank tәrәfindәn pul vәsaitlәrinin köçürülmәsini tәsdiq edәn elektron çek;

1.16. «WalletOne» Cüzdanı (mәtndә bundan sonra “Cüzdan” adlandırılan) — ödәniş әmәliyyatlarının icra edilmәsi mәqsәdilә müştәrilәrin kart hesabında olan pul vәsaitlәrinin mәblәğini özündә әks etdirәn “Wallet One” sisteminin alәti)

1.17. Tәsәrrüfat Subyekti – Administrator ilә bağlanmış müqavilә әsasında ticarәt, mәişәt vә digәr növ xidmәtlәrin göstәrilmәsi mәqsәdilә, Cüzdan sahibi tәrәfindәn xeyrinә ödәniş әmәliyyatları hәyata keçirilәn şәxs(lәr)

1.18. Cüzdanın yenidәn aktivlәşdirilmәsi — Administrator tәrәfindәn Cüzdanın bloklaşdırılması zamanı Cüzdandan istifadә etmәklә Әmәliyyatların icra edilmәsinә qoyulan texniki mәhdudiyyәtin aradan qaldırılması qaydaları;

1.19. Sayt — Administratorun www.walletone.com internet sәhifәsi;

1.20. Mal — Tәsәrrüfat Subyekti tәrәfindәn tәqdim olunan mal, iş, xidmәt vә intellektual fәaliyyәtin nәticәlәri;

1.21. Pul vәsaitlәri (bu Şәrtlәr çәrçivәsindә) — Müştәri tәrәfindәn öncәdәn Banka tәqdim edilәn, bank hesabı açılmadan tәqdim edilmiş pul vәsaitlәrinin hәcmi barәdә mәlumatı nәzәrә almaqla Müştәrinin üçüncü şәxslәr (o cümlәdәn Bank vә (vә ya) Administrator) qarşısında ödәniş öhdәliklәrini icrasına imkan verәn vә Müştәrinin müstәsna qaydada Cüzdandan istfadә etmәklә barәsindә qәrar qәbul etmәk hüququnun olduğu pul vәsaitlәri;

2. ADMİNİSTRATORUN VӘ BANKIN TӘKLİFİ (OFERTA). MÜQAVİLӘNİN BAĞLANILMA QAYDALARI

2.1. Bununla da Administrator (vә ya Bank) fiziki şәxslәrә hazırki sәnәddә (Şәrtlәrdә) müәyyәn edilmiş şәrtlәr әsasında Cüzdandan istifadә mәqsәdilә müqavilә bağlamağı tәklif edir (oferta tәklif edir). Hazırki sәnәd (Şәrtlәr) Müqavilәnin bütün әhәmiyyәtli şәrtlәrini ehtiva edir.

2.2. Müqavilәnin bağlanılması bir tәrәfdәn Administrator vә ya Bank tәrәfindәn ofertanın tәklif edilmәsi (müqavilә bağlamağın tәklif edilmәsi) vә digәr tәrәfdәn onun fiziki şәxs tәrәfindәn aksept edilmәsi (tәklifin qәbul edilmәsi) yolu ilә Azәrbaycan Respublikasının Mülki Mәcәllәsinin 405.2-ci maddәsinә әsasәn hәyata keçirilir.

2.3. Aksept şәxs tәrәfindәn Saytda qeydiyyat formasının doldurulması zamanı qeydiyyat formasındakı müvafiq xanaya Müqavilә ilә razılaşdığına dair qeyd aparılması yolu ilә edilir.

2.4. 2.3-cü bәnddә nәzәrdә tutulan Müqavilәnin aksepti şәxs tәrәfindәn hәr hansı bir mәhduduiyyәt tәtbiq edilmәdәn Müqavilә şәrtlәrinin tam vә qeyd-şәrtsiz qәbul edildiyi anlamına gәlir.

2.5. Tәklifi qәbul etmәk arzusunda olan fiziki şәxs, Müqavilәni bağlamaqdan ötrü Şәrtlәrin 5-ci bәndinә uyğun olaraq vә aşağıdaıkları nәzәrә almaqla Cüzdanın ilkin limitinin formalaşdırılması üçün Cüzdana köçürülmәsi mәqsәdilә Banka tәqdim etmәk niyyәtindә olduğu pul vәsaitlәrinin hәcmi barәsindә müstәqil qәrar qәbul edir:

2.5.1. pul vәsaitlәrinin hәcmi Azәrbaycan manatı (AZN) ilә vә ya xarici valyuta Azәrbaycan manatı (AZN) ekvivalentindә ilә müәyyәn edilmәlidir;

2.5.2. Eynilәşdirilmәyәn Müştәrilәr üçün Cüzdanın ilkin limiti 50 (әlli)* manatdan vә ya xarici valyuta Azәrbaycan manatı (AZN) ekvivalentindәn çox ola bilmәz;

*Qeyd: bu mәblәğ nağd şәkildә çixarıla bilmәz.

2.5.3. Banka gәlmәmәk şәrti ilә, Eynilәşdirilmiş Müştәrilәr üçün Cüzdanın limiti bir il әrzindә 9600 (doqquz min altı yüz) manat vә ya xarici valyuta Azәrbaycan manatı (AZN) ekvivalentindәn çox ola bilmәz.

2.5.4. Banka gәlmәk şәrti ilә, Eynilәşdirilmiş Müştәrilәr üçün Cüzdanın limiti bir il әrzindә Bankla razılaşdığı halda vә Bankın daxili qaydalarına uyğun olaraq artırıla bilәr. Administrator vә/vә yaBank fiziki şәxs tәrәfindәn 2.5.1. -2.5.4-ci bәndlәrә riayәt olunmadığı hallarda, fiziki şәxslәrdәn Cüzdanın doldurulması zamanı pul vәsaitlәrinin qәbulundan imtina etmәk hüququna malikdir.

2.6. Tәklifin qәbul edilmәsinә (akseptә) hәr hansı bir vaxt mәhdudiyyәti qoyulmur. Tәklif istәnilәn an Administrator/Bank tәrәfindәn geri götürülә bilәr. Administrator vә ya Bank Saytda Tәklifin geri götürülmәsinә dair mәlumat vermәk yolu ilә fiziki şәxsi Tәklifin geri götürülmәsi barәdә mәlumatlandırır. Tәklifin geri götürülmәsi Administrator (Bank) vә Administratorla (Bankla) Cüzdandan istifadә edilmısinә dair Müqavilә bağlamış fiziki şәxs arasındakı qarşılıqlı münasibәtlәrә şamil eidlәn Şәrtlәrin qüvvәsinә tәsir etmir.

2.7. Fiziki şәxs qәbul edilmiş (aksept edilmiş) Tәklif әsasında Administrator vә ya Bankla Cüzdandan istifadә barәsindә müqavilә bağlamaqla tәsdiq edir ki:

2.7.1. Hәmin müqavilә adәtәn bu cür müqavilәlәrin nәzәrdә tutduğu fiziki şәxslәrin hüquqularını mәhdudlaşdırmır;

2.7.2. Hәmin müqavilә Administratorun vә Bankın öz öhdәliklәrinin pozulmasına görә mәsuliyyәtini istisna etmir vә mәhdudlaşdırmır;

2.7.3. Hәmin Müqavilә, fiziki şәxsin özünün ağlabatan maraqlarından irәli gәlәrәk müәyyәn edilmәsindә iştirak etmәyәcәyi, fiziki şәxsin açıq şәkildә üzәrinә artıq dәrәcәdә yuklü olan öhdәliklәr qoyan şәrtlәri ehtiva etmir;

2.7.4. Hәmin fiziki şәxs müddәalarına başa düşdüyü vә riayәt etmәk öhdәliyi daşıdığı Şәrtlәrlә tanışdır vә riayәt etmәyi öhdәsinә götürür;

2.7.5. Hәmin fiziki şәxs hәmin müqavilә qüvvәyә minәnәdәk Administratordan (Bankdan) fiziki şәxs üçün anlaşılan olan növbәti mәlumatı әldә edib: Administratorun (Bankın) adı vә olduğu yer; Bankın bank әmәliyyatlarını hәyata keçirmәk üçün lisenziyasının nömrәsi vә qüvvәdә olduğu tarix; Cüzdandan istifadә şәrtlәri; Saytda pul vәsaitlәrinin köçürülmәsi üsulları vә ya Әmәliyyatların hәyata keçirimәsi; Saytda fiziki şәxs tәrәfindәn Banka pul vәsaitlәrinin tәqdim edilmәsi üsullarıAdministrator tәrәfindәn fiziki şәxsdәn götürülәn vә barәdә mәlumatı Saytda yerlәşdirilmiş xidmәt haqqının hәcmi vә üsulları; Administratorla (Bankla) әlaqә mәlumatları da daxil olmaqla, pretenziyaların irәli sürülmәsi üsulları vә onlara baxılma qaydaları; Cüzdanın istifadәsindә yüksәlәn risk halları da daxil olmaqla, Cüzdandan istifadә üsulları vә yerlәrinә tәtbiq edilәn mәhduduiyyәtlәr.

3. ӘSAS MÜDDӘALAR

3.1. Administrator vә Bank Müqavilә çәrçivәsindә vә Şәrtlәrә uyğun olaraq Müştәriyә Cüzdanın Limiti çәrçivәsindә Әmәliyyatları hәyata keçirmәk imkanını yaradır. Әmәliyyatlar Müştәri tәrәfindәn Cüzdandan istifadә etmәk yolu ilә icra edilir. Şәrtlәrdә birbaşa göstәrilәn hallar istisna olmaqla, Cüzdandan başqa mәqsәdlәrlә istifadәyә yol verilmir.

3.2. Müqavilә bağlanıldıqdan sonra Administrator Cüzdanın Aktivәşdirilmәsini hәyata keçirir. 3.3. Cüzdandan istifadә etmәklә Әmәliyyatların hәyata keçirilmәsi mәqsәdilә Müştәri Banka pul vәsaitini tәqdim edir. Müştәri tәrәfindәn Banka tәqdim edilәn pul vәsaitlәri Cüzdanın limitini әks etdirәn qeydlәrin formalaşdırılması yolu ilә Bank\Administrator tәrәfindәn nәzәrә alınır (Cüzdanın limitini formalaşdırır). Bununla belә:

3.3.1. Pul vәsaitlәri Müştәri tәrәfindәn Banka Müqavilә bağlanıldıqdan sonra tәqdim edilir. Eyni zamanda gәlәcәkdә Şәrtlәrin 5-ci bölmәsinin müddәalarına uyğun olaraq tәqdim edilә bilәr.

3.3.2. Cüdanın limitinә faizlәrin yığılması vә ya digәr mükafatlandırma ödәnişlәri tәtbiq edilmir;

3.3.3. Cüzdanın limiti Azәrbaycan manatı (AZN) ilә әks etdirilir.

3.4. Cüzdanın istifadә müddәti Cüzdanın aktivlәşdirilmәsindәn Cüzdanın müddәtinin başa çatmasınadәk olan müddәti әhatә edir. Cüzdanın istifadә müddәtinin başa çatması tarixi Cüzdanın aktivlәşdirilmәsi tarixindәn etibarәn beşillik müddәtin başa çatmasını nәzәrdә tutur.

3.5. Müqavilә çәrçivәsindә Cüzdandan avtonom rejimdә istifadә nәzәrdә tutulmur.

3.6. Müştәri digәr fiziki şәxsә Cüzdan haqqında mәlumatları (Cüzdanın limiti vә ondan istifadә etmәklә Әmәliyyatların icra edilmәsinә sәrәncam vermәk hüququ da daxil olmaqla, istifadә hüququ) verә bilәr, lakin bu halda:

3.6.1. Müştәri mövcud Şәrtlәrin müddәalarını hәmin fiziki şәxsin nәzәrinә çatdırmalıdır;

3.6.2. Müştәri hәmin şәxsә görә, eyni zamanda hәmin şәxs tәrәfindәn Cüzdandan istifadә etmәklә icra edilәn bütün Әmәliyyatlara görә bütün mәsuliyyәti özü daşıyacaq;

3.6.3. Hәmin şәxs tәrәfindәn icra edilmiş Әmәliyyatlar Müştәrinin özü tәrәfindәn icra edilmiş Әmәliyyatlar hesab olunacaqlar. Cüzdanın sahibi tәrәfindәn Cüzdandan istifadә (hәmçinin onun Müştәri tәrәfindәn verilmәsi) Cüzdan sahibinin hazırkı Şәrtlәrlә razılaşdığı anlamına gәlәcәk;

3.7. Şәrtlәrdә nәzәrdә tutulan hallarda Cüzdan Administrator tәrәfindәn bloklaşdırıla bilәr. Cüzdanın bloklaşdırılmasından onun yenidәn aktivlәşdirilmәsinәdәk olan müddәt әrzindә Cüzdan Cüzdanın sahibi tәrәfindәn istifadә oluna bilmәz vә Әmәliyyatlar da Cüzdanın sahibi tәrәfindәn icra edilә bilmәz.

3.8. Administrator birtәrәfli qaydada Şәrtlәrdә dәyişikliklәr aparmaq hüququna malikdir. Şәrtlәrin dәyişdiyi hallarda Administrator Cüzdanın sahibinә bu kimi dәyişikliyә әn geci 10 (on) gün qalmış hәmin dәyişiklik barәsindә Cüzdanın sahibini Saytda Şәrtlәri yenilәnmiş redaksiyada elektron qaydada yerlәşdirmәk yolu ilә mәlumatlandırır.

3.9. Şәrtlәrә edilmiş bütün dәyişikliklәr onların qüvvәyә mindiyi andan etibarәn Cüzdanın sahibi üçün mәcburidir. Cüzdanın sahibi müstәqil surәtdә Şәrtlәrdәki dәyişikliklәri izlәmәyә borcludur.

3.10. Administrator bununla da Müştәrini, habelә bütün digәr Cüzdan sahiblәrini Cüzdandan istifadәnin, o cümlәdәn onun ötürülmәsi zamanı vә (vә ya) Cüzdanın mәlumatlarının itirilmәsi vә (vә ya) Cüzdana vә onun mәlumatlarına icazә verilmәmiş müdaxilәnin yüksәk risklәri barәdә mәlumatlandırır. Ötürülmәsi vә (vә ya) Cüzdanın mәlumatlarının itirilmәsi zamanı, Cüzdana vә onun mәlumatlarına icazәsiz giriş zamanı Müştәri tәrәfindәn icazә verilmәmiş üçüncü şәxs Cüzdandan istifadә edә bilәr. Müştәri, habelә başqa hәr hansı bir Cüzdanın sahibi bununla da risklәrin azaldılması mәqsәdilә bütöv qaydada Şәrtlәrin tәlәblәrini yerinә yetirmәyә, o cümlәdәn Cüzdanın vә (vә ya) onun mәlumatlarının, Tәsdiqedici sәnәdlәrin, habelә Müqavilә çәrçivәsindә dövriyyәdә olan mәlumat vә sәnәdlәrin qorunması mәqsәdilә bütün ağlabatan vә zәruri tәdbirlәri görmәyә borcludur.

3.11. Fiziki şәxs Saytda hәmin fiziki şәxs tәrәfindәn mәlumat yerlәşdirildikdәn sonra Administrator vә Bank tәrәfindәn Müştәri qismindә müәyyәnlәşdirilir. Müştәri Cüzdanı istifadә mәqsәdilә (Cüzdandan istifadә hüququnu verdiyi), o cümlәdәn yuxarıda qeyd olunanlardan irәli gәlәrәk Әmәliyyatları icra etmәk mәqsәdilә verdiyi fiziki şәxsә Mәlumatın ötürürlmәsi barәdә qәrar qәbul etmәlidir.

3.12. Müştәri müvafiq xanaları doldurduğu halda, Administrator vә Bank elektron formada bildirişin göndәrilmәsi yolu ilә Müştәrini hәr bir Әmәliyyatın icra etmәsi barәdә mәlumatlandırır

3.13. Müştәri Şәrtlәrin 13.1-ci bәndindә göstәrilәn qaydada Cüzdanın itirilmәsi vә (vә ya) Müştәrinin razılı olmadan Cüzdandan istifadә edilmәsi barәdә bildirişi göndәrir.

4. CÜZDANDAN İSTİFADӘ VӘ ӘMӘLİYYATLARIN İCRA EDİLMӘSİNİN QAYDALARI

4.1. Cüzdan Cüzdan sahibinә Şәrtlәrin hazırkı vә 10-cu bölmәlәrindә göstәrilәn aşağıdakları nәzәrә almaqla icra etmәk imkanını verir:

4.1.1. İnternet vasitәsilә Cüzdandakı pul vәsaitlәrdәn istifadә etmәklә Әmәliyyatlar;

4.1.2. Cüzdandan istifadә etmәklә Әmәliyyatlar Azәrbaycan Respublikasının qanunvericiliyinin vә hazırkı Şәrtlәrin tәlәblәrinә riayәt etmәklә icra edilә bilәr.

4.1.3. Cüzdandan istifadә etmәklә Әmәliyyatlar Cüzdanın sahibi tәrәfindәn İnternet vasitәsilә Malların dәyәrinin ödәnilmәsinә dair Әmәliyyatların hәyata keçirilmәsi mәqsәdilә icra edilә bilәr. Cüzdandan yalnız yuxarıda qeyd olunan üsullarla istifadә oluna bilәr.

4.2. Cüzdan vasitәsilә nağd pul vәsaitlәrinin qәbul edilmәsinә Bankın vә yaAdministratorunrazılığı ilә yol verilir. Cüzdanın limiti (onun bir hissәsi) nağd pul vәsaitlәri ilә Müştәriyә yalnız Bank tәrәfindәn verilә bilәr.

4.3. Әmәliyyatlar Cüzdanın sahibi tәrәfindәn Cüzdanın bütün etibarlılıq müddәti әrzindә icra edilә bilәr (Şәrtlәrin 3.8 bәndindә qeyd olunanları nәzәrә almaqla).

4.4. Bank Әmәliyyatlara dair hesablaşmaları Administratorun adından aparır. Bank Cüzdanın sahibi tәrәfindәn verilәn, elektron qaydada ötürülәn, icraya qәbul edilәn, icra edilәn vә saxlanılan göstәrişlәrә әsasәn Әmәliyyatlara dair hesablaşmaları aparır.

4.5. Cüzdanın sahibi Әmәliyyatları Ödәniş limitinin çәrçivәsindә icra etmәk hüququna malikdir. Ödәniş limiti, Administrator tәrәfindәn icra edilmәsinә İcazә verilmiş vә Administrator adından Bank tәrәfindәn hesablaşmaları aparılmamış Әmәliyyatların mәblәği çıxılmaqla Cüzdanın limitini ehtiva edir.

4.6. Bank Әmәliyyatlara dair hesablaşmaları Cüzdanın limiti çәrçivәsindә aparır. Bank tәrәfindәn Әmәliyyatlara dair hesablaşmalar aparıldıqdan sonra Cüzdanın limiti hәmin Әmәliyyatın dәyәrinә uyğun olaraq azalır (Şәrtlәrin 4.7-ci bәndindә göstәrilәnlәri nәzәrә almaqla). Hәmin Әmәliyyatın dәyәrinә müvafiq olaraq Bankın vә Administratorun Müştәri qarşısında Administratorun adından Әmәliyyatlara dair hesablaşmaları aparmaq öhdәliklәri, habelә Cüzdanın limitinә münasibәtdә Şәrtlәr tәrәfindәn müәyyәn edilmiş digәr öhdәliklәri azalır.

4.7. Administrator vә Bank aşağıdakı hallarda Cüzdanın sahibi tәrәfindәn Әmәliyyatların aparılması vә ya icra edimәsindәn imtina edә bilәrlәr:

4.7.1. 4.9.1. Ödәniş limitinin vә ya Cüzdanın limitinin Әmәliyyatların dәyәrindәn az olduğu hallarda;

4.7.2. 4.9.2. Әmәliyyata münasibәtdә Administrator tәrәfindәn İcazәnin verilmәdiyi hallarda;

4.7.3. Eynilәşdirilmәyәn Müştәrinin bir tәqvim ili әrzindәki Әmәliyyatlarının hәcminin hәmin әmәliyyatın dәyәri nәzәrә alınmaqla, 600 (altı yüz) manat vә (vә ya) xarici valyuta Azәrbaycan manatı (AZN) ekvivalentindәn çox olduğu hallarda;

4.7.4. Banka gәlmәdәn Eynilәşdirilmiş Müştәrinin bir tәqvim ili әrzindәki Әmәliyyatlarının hәcminin hәmin әmәliyyatın dәyәri nәzәrә alınmaqla, 9600 (doqquz min altı yüz) manat vә (vә ya) xarici valyuta Azәrbaycan manatı (AZN) ekvivalentindәn çox olduğu hallarda;

4.7.5. "Banka gәlmәk şәrti ilә, eynilәşdirilmiş Müştәrilәr üçün Cüzdanın limiti bir il әrzindә Bankla razılaşmadığı vә Bankın daxili qaydalarına riayyәt etmәdiyi hallarda

4.7.6. Müvafiq Әmәliyyata münasibәtdә göstәrişin Azәrbaycan Respublikasının qanunvericiliyinin vә (vә ya) Şәrtlәrin tәlәblәrini pozmaqla rәsmilәşdirildiyi hallarda;

4.7.7. Müvafiq Әmәliyyata münasibәtdә göstәrişin rәsmilәşdirilmәsi zamanı buraxılmış sәhvlәrin vә qeyri-dәqiqliklәrin müәyyәn edildiyi hallarda;

4.7.8. Bankda olan mәlumatlara әsasәn, aparılmış Әmәliyyatların Azәrbaycan Respublikasının qanunvericiliyinin vә (vә ya) Şәrtlәrin tәlәblәrinә uyğun gәlmәdiyi hallarda;

4.7.9. Şәrtlәrdә müәyyәn edilmiş әsaslara görә Cüzdanın bloklaşdırıldığı hallarda (Cüzdanın yenidәn aktivlәşdirimәsinә qәdәr);

4.7.10. Azәrbaycan Respublikasının qanunvericiliyindә nәzәrdә tutulan digәr hallarda.

4.8. Administrator vә Bank tәrәfindәn Әmәliyyatın aparılmasından imtina olunduğu hallarda Administrator vә Bank eyni zamanda mәblәği geri qaytarmaq vә ya hәmin Әmәliyyata münasibәtdә göstәrişi icra etmәdәn saxlamaq hüququna malikdir.

4.9. Müştәrinin Cüzdandan istifadә etmәklә Әmәliyyatı aparmasından Administrator vә Bank tәrәfindәn imtina olunduqda, Müştәri Avtorizasiyadan imtina edildikdәn sonra Cüzdandan istifadә etmәklә göstәrişin rәsmilәşdirilmәsi mәqsәdilә istifadә olunan avadanlığın ekranına müvafiq mәlumatlandırıcı ismarıcın verilmәsi yolu ilә dәrhal mәlumatlandırılır.

4.10. Azәrbaycan Respublikasının qanunvericiliyinә әsasәn başqa bir müddәt birbaşa olaraq müәyyәn edilmәdiyi hallarda, Bank Müştәrinin göstәrişinin icraya qәbul edildiyi günün növbәti iş günündәn gec olmamaqla Әmәliyyata dair hesablaşmaları aparır.

4.11. Bank öz adından vә ya Administratorun adından imtina barәdә göstәriş tәrtib etmәk hüququa malikdir.

4.12. Müştәri tәrәfindәn Cüzdanın istifadәsi Administratora Şәrtlәrin 12.1-ci bәndinә әsasәn Cüzdanın bloklaşdırılması barәdә әrizә ilә müraciәt edilmәsi yolu ilә dayandırıla vә ya xitam edilә bilәr. Cüzdanın istifadәsinә Administrator tәrәfindәn Cüzdanın bloklaşdırılması vә ya Şәrtlәrin 10.4-cü bәndinә әsasәn tamamilә xitam verilmәsi yolu ilә hәyata keçirilә bilәr.

5. CÜZDANIN LİMİTİNİN ARTIRILMASI VӘ AZADILMASI

5.1. Müqavilә bağlanıldıqdan sonra Müştәri Şәrtlәrin 5.2-5.5-ci bәndlәrindә qeyd olunanları nәzәrә alaraq Banka Cüzdanın ilkin limitinin formalaşdırılması vә Cüzdanın limitinin aşağıdakı üsullarla artırılması mәqsәdilә pul vәsaitlәrini tәqdim edә bilәr:

5.1.1. Nağd pulların qәbulu üzrә köşk(lәr)dә yerlәşdimәklә (әgәr hәmin köşk Cüzdan üçün nağd pul qәbul edir);

5.1.2. Müvafiq sәrәncamı tәrtib etmәklә özünün hәr hansı bir Azәrbaycan Respublikası әrazisindәki bankda açılmış hesabından pul vәsaitlәrinin köçürülmәsi yolu ilә. Müştәri Cüzdanın limitinin artırılması mәqsәdilә hәr hansı bir digәr fiziki şәxsә Baka pul vәsaitlәrinin tәqdim edilmәsi sәlahiyyәtlәrini verә bilәr.

5.2. Cüzdanın limitinin artırılması mәqsәdilә Banka pul vәsaitlәrinin tәqdim edilmәsi nәticәsindә eynilәşdirilmәyәn Müştәrilәr üçün Cüzdanın limitinin 50 (әlli) manatı keçdiyi hallarda,banka gәlmәdәn eynilәşdirilәn Müştәrilәr üçün Cüzdanın limitinin 9600 (doqquz min altı yüz) manatı keçdiyi hallarda vә banka gәlmәklә eynilәşdirilәn Müştәrilәr üçün Bankla razılaşmadığı vә Bankın daxili qaydalarına riayyәt etmәdiyi hallarda, Bank hәmin vәsaiti qәbul etmir vә Cüzdanın limitinin artırılması baş tutmur.

5.3. Şәrtlәrin 5.2-ci bәndinә әsasәn başqa hal tutulmadığı halda Bank, Cüzdanın limitinin artırılması mәqsәdilә Banka daxil olan mәblәğә müvafiq sürәtdә Cüzdanın limitini artırır.

5.4. Cüzdanın limitinin artırılması mәqsәdilә pul vәsaitlәrinin Banka karthesabından köçürmә yolu ilә xarici valyutada tәqdim edildiyi hallarda, Bank tәqdim edilmiş hәmin vәsaiti pul vәsaitinin köçürüldüyü günә olan Bankın daxili mәzәnnәsinә uyğun olaraq Azәrbaycan manatında göstәrilmiş mәblәğә konvertasiya edir vә bundan sonra Azәrbaycan manatı ilә hәmin mәblәğә uyğun olaraq Cüzdanın limitini artırır.

5.5. Cüzdanın limitinin artırılması mәqsәdilә pul vәsaitlәri Cüzdanın qüvvәdә olma müddәti әrzindә Banka tәqdim edilә bilәr.

5.6. Cüzdanın limitinin çıxarılması aşağıdaki üsullarla hәyata keçirilir:

5.6.1. Saytda “digәr kart hesabına köçürmә” (ancaq Azәrbaycan Respublikası әrazisindәki banklarda açılmış kart hesabı) vasitәsilә aparıla bilәr.

6. GERİ ÖDӘMӘ ӘMӘLİYATI

6.1. Bank tәrәfindәn Geri ödәmә әmәliyyatlarına әsasәn pul vәsaitlәrinin qәbul edildiyi vә Bank tәrәfindәn hәmin Geri ödәmә әmәliyyatının aparıldığı tarixdә qüvvәdә olan Cüzdanın mövcud olduğu hallarda:

6.1.1. Cüzdanın limiti Bank tәrәfindәn qәbul edilmiş pul vәsaitinin hәcminә uyğun olaraq artırılır, bir şәrtlә ki, bu kimi artımdan sonra Cüzdanın limiti eynilәşdirilmәyәn Müştәrilәrә münasibәtdә 50 (әlli ) manatı , banka gәlmәdәn eynilәşdirilәn Müştәrilәrә münasibәtdә isә 9600 (doqquz min altı yüz) manatı keçmir;

6.2. Geri ödәmә Әmәliyyatına әsasәn Bank tәrәfindәn pul vәsaitlәrinin qәbul edildiyi hallarda vә Cüzdanın etibarlılıq müddәtinin başa çatdığı vә ya Cüzdanın qüvvәsinә xitam verildiyi şәrtlәrdә Bank Şәrtlәrin 15-ci bәndindә müәyyәn edilәn qaydada hәrәkәt edir.

7. ADMİNİSTRATOR VӘ BANKIN ÖHDӘLİKLӘRİ

7.1. Administrator Cüzdanın limiti barәdә mәlumatların vә Әmәliyyatlar vә ya geri ödәmә Әmәliyyatları barәdә mәlumatların daimi әsaslarla uçotunu aparmaq öhdәliyini daşıyır;

7.2. Administrator Cüzdanın sahibini Şәrtlәrin 3.9-ci bәndinә uyğun olaraq Şәrtlәrin dәyişdirimәsi barәdә mәlumatlandırmaq öhdәliyini daşıyır;

7.3. Bank Şәrtlәrin 10.6 vә 10.7-ci bәndlәrindә qeyd olunanları nәzәrә alaraq Administratorun adından, Cüzdan istifadә etmәklә, Cüzdanın limiti çәrçivәsindә icra edilmiş, Şәrtlәrin digәr müddәalarını pozmayan, Azәrbaycan Respublikasının qanunvericiliyinin tәlәblәrini pozmayan vә onlarla ziddiyyәt tәşkil etmәyәn, onlara münasibәtdә Әmәliyyatlara dair hesablaşmaların aparılması mәqsәdilә Bankda bütün zәruri göstәrişlәrin mövcud olduğu Әmәliyyatlar üzrә hesablaşmaları aparmaq öhdәliyini daşıyır;

7.4. Administrator Әmәliyyatlara görә ona çatacaq xidmәt haqqı barәdә mәlumatları daimi olaraq saytda yerlәşdirir vә yenilәşdirir.

8. CÜZDANIN SAHIBININ ÖHDӘLIKLӘRI

8.1. Әmәliyyatları Cüzdandan Ödәniş limiti çәrçivәsindә istifadә etmәklә hәyata keçirmәk;

8.2. Cüzdanın qüvvәdә olma müddәti başa çatdıqdan sonra, habelә Cüzdanın bloklaşdırıldığı hallarda Cüzdandan istifadә etmәmәk vә Cüzdandan istifadә etmәklә Әmәliyyatları hәyata keçirmәk vә ya cәhd etmәmәk;

8.3. Cüzdan barәdә mәlumatların itki vә ya zәrәrinin vә (vә ya) Cüzdandan icazәsiz istifadәnin qarşısının alınması mәqsdilә Cüzdanın tәhlükәsizliyi vә qorunması üçün bütün ağlabatan tәdbirlәri vә kifayәt qәdәr zәruri tәdbirlәri görmәk. Şәrtlәrin 3.7-cu bәndindә nәzәrdә tutulmuş hallar istisna olmaqla, üçüncü tәrәflәrә Cüzdan barәdә mәlumat vermәmәk vә tәhlükәsizlik kodunu kimliyindәn asılı olmayaraq heç kimә tәqdim etmәmәk (Cüzdan vasitәsilә İnternet şәbәkәsindә Әmәliyyatların aparıldığı hallar istisna olmaqla);

8.4. Әmәliyyatları Azәrbaycan Respublikasının qanunvericiliyinin vә Şәrtlәrin bu kimi Әmәliyyatlara tәtbiq olunan tәlәblәrinә riayәt etmәklә hәyata keçirmәk;

8.5. Әmәliyyatların hәyata keçirilmәsi zamanı rәsmilәşdirilәn bütün sәnәdlәri hәr bir Әmәliyyatın aparılma tarixindәn etibarәn bir tәqvim ili әrzindә saxlamaq vә mübahisәli sualların vә ya pretenziyaların hәlli mәqsәdilә ilk tәlәbinә әsasәn onları Administratora tәqdim etmәk;

8.6. Şәrtlәrin müddәalarına riayәt etmәk, Şәrtlәrin nәzәrdә tutduğu digәr tәlәblәri yerinә yetirmәk.

9. MÜŞTӘRİNIN ÖHDӘLIKLӘRI

Şәrtlәrin 8-ci bәndindә qeyd olunanlardan әlavә olaraq, Müştәri mәsuliyyәt daşıyır:

9.1. Tәsdiqedici sәnәdlәri saxlamaq vә onları bağlanılmış Müqavilәnin vә Banka müraciәt etmiş fiziki şәxsin әslindә Müştәri olmasının sübutu qismindә Banka tәqdim etmәk;

9.2. Cüzdan barәdә mәlumatların zәrәr vә ya itkiyә mәruz qaldığı vә (vә ya) Cüzdan icazәsiz istifadә edildiyi hallarda Administratoru bu barәdә mәlumatlandırmaq vә Bloklaşdırma yolu ilә Cüzdanın qüvvәsinin dayandırılması mәqsәdilә Şәrtlәrin 13.1-ci bәndinә uyğun olaraq Administratora müraciәt etmәk;

9.3. aşağdakıları görә maliyyә mәsuliyyәti daşımaq:

9.3.1. Qüvvәdә olduğu müddәt әrzindә Cüzdandan istifadә etmәklә aparılan bütün Әmәliyyatlara görә;

9.3.2. Administrator tәrәfindәn Şәrtlәrin 9.2. vә 13.1-ci bәndlәrinә uyğun olaraq Müştәrinin yazılı müraciәtinin alındığı gündәn növbәti günәdәk üçüncü şәxslәr tәrәfindәn Cüzdandan istifadә etmәklә hәyata keçirilmiş bütün Әmәliyyatlar.

10. ADMİNİSTRATOR VӘ (VӘ YA) BANKIN HÜQUQLARI

10.1. Şәrtlәrin 3.9-cu bәndinә uyğun olaraq birtәrәfli qaydada Şәrtlәrә dәyişikliklәr etmәk;

10.2. Müstәqil surәtdә Cüzdanın limiti vә hәyata keçirilmiş Әmәliyyatlar barәdә mәlumatların uçotunu aparmaq;

10.3. Cüzdanın bloklaşdırılması vә ya fәaliyyәtinin tamamilә dayandırılması yolu ilә Cüzdanın fәaliyyyәtinin dayandırılması:

10.3.1. Cüzdan barәdә mәlumatların itki vә ya zәrәrә mәruz qalması vә (vә ya) Cüzdandan icazәsiz istifadә hallarında;

10.3.2. Bank tәrәfindәn Cüzdandan istifadә etmәklә dәlәduz әmәllәrә cәhdlәrin müәyyәn edildiyi hallarda;

10.3.3. Şәrtlәr vә (vә ya) Azәrbaycan Respublikasının qanunvericiliyindә nәzәrdә tutulan digәr hallarda.

10.4. Şәrtlәrin 10.3-cü bәndinә әsasәn Cüzdanın bloklaşdırılmasına sәbәb olan halların aradan qaldırılmasından sonra Cüzdanın blokdan çıxarılması yolu ilә Cüzdanın fәaliyyәtinin yenidәn aktivlәşdirimәsi;

10.5. Aşağıdakı hallarda Әmәliyyata münasibәtdә Avtorizasiyanı tәqdim etmәmәk:

10.5.1. Cüzdanın sahibinin hәyata keçirmәkarzusunda olduğu Әmәliyyatın qiymәtinin Ödәniş limitini keçmәsi;

10.5.2. Eynilәşdirilmәyәn Müştәrinin bir tәqvim ili әrzindәki Әmәliyyatlarının hәcminin hәmin әmәliyyatın dәyәri nәzәrә alınmaqla, 600 (altı yüz) manat vә xarici valyuta Azәrbaycan manatı (AZN) ekvivalentindәn ekvivalentindәn çox olması;

10.5.3. Banka gәlmәdәn Eynilәşdirilmiş Müştәrinin bir tәqvim ili әrzindәki Әmәliyyatlarının hәcminin hәmin әmәliyyatın dәyәri nәzәrә alınmaqla, 9600 manat vә (vә ya)xarici valyuta Azәrbaycan manatı (AZN) ekvivalentindәn çox olması;

10.5.4. Banka gәlmәk şәrti ilә, eynilәşdirilmiş Müştәrilәr üçün Cüzdanın limiti bir il әrzindә Bankla razılaşmadığı vә Bankın daxili qaydalarına riayyәt etmәdiyi hallarda

10.5.5. Cüzdana münasibәtdә bloklaşdırılmanın hәyata keçirilmәsi;

10.5.6. Cüzdanın öz qüvvәsini ititrmәsi.

10.6. Şәrtlәrin 10.4-cü bәndindә göstәrilәn hallarda Cüzdanın sahibinin Әmәliyyatı aparmasından imtina etmәk;

10.7. Xidmәtin keyfiyyәtinә nәzarәtin hәyata keçirilmәsi mәqsәdilә Müştәrinin Bankın vә ya Bankın digәr şöbәlәrinin müştәri xidmәtlәrinin zәng mәrkәzlәrinә etdiyi telefon danışıqlarının qeydiyyatını aparmaq, habelә bu kimi müraciәtlәrin tәsdiq edilmәsi mәqsәdilә hәmin qeydiyyat mәlumatlarından istifadә etmәk.

11. CÜZDANIN SAHIBININ HÜQUQLARI

11.1. Şәrtlәrә uyğun olaraq Әmәliyyatların icra edilmәsi mәqsәdilә Cüzdandan itifadә etmәk.

12. MÜŞTӘRİNİN HÜQUQLARI

12.1. Şәrtlәrin 13.1-ci bәndinә uyğun olaraq Cüzdanın bloklaşdırılması mәqsәdilә Administratora müraciәt etmәklә Cüzdanın fәaliyyәtini dayandırmaq;

12.2. Şәrtlәrin 13.2-ci bәndinә uyğun olaraq Cüzdanın blokdan çıxarılması mәqsәdilә sorğu ilә Administratora müraciәt etmәk;

12.3. Cüzdanın fәaliyyәtinә xitam verilmәsi barәdә әrizә ilә Administratora müraciәt etmәk.

13. MÜŞTӘRİNİN ADMİNİSTRATORA VӘ (VӘ YA) BANKA MÜRACİӘT ETMӘ QAYDASI, MÜRACİӘTLӘRӘ BAXILMASI QAYDALARI

13.1. Müştәri Cüzdanın bloklaşdırılması mәqsәdilә vә (vә ya) Şәrtlәrin 9.2-ci bәndinә uyğun olaraq aşağıdakı üsullardan istifadә etmәk yolu ilә bildiriş göndәrmәklә Administratora müraciәt etmәk hüququna malikdir:

13.1.1. Administratorun forması әsasında elektron qaydada tәrtib olunmuş yazılı müraciәti Administratora tәqdim etmәklә;

13.2. Administrator va ya Banka başqa üsulla müraciәtlәr, o cümlәdәn Cüzdanın blokdan çıxarılması, pul vәsaitlәrinin geri ödәnilmәsinә dair әrizәlәr vә pretenziyalar da daxil olmaqla (eyni zamanda Müştәrinin icra edilmiş hәr hansı bir Әmәliyyata dair narazılıqları), Müştәri tәrәfindәn yalnız Administratorun formasına uyğun olaraq tәrtib edilmiş elektron әrizәnin Administratora tәqdim edilmәsi yolu ilә hәyata keçirilә bilәr.

13.3. Administrator Şәrtlәrin 13.1. vә 13.2-ci bәndlәrinә uyğun olaraq Müştәri tәrәfindәn tәqdim edilmiş әrizәlәrә baxır vә onların qәbul edilmәsindәn etibarәn 30 (otuz) tәqvim günü әrzindә cavablandırılmasını (o cümlәdәn, müvafiq әrizәdә Müştәrinin qeyd etdiyi tәlәbinә uyğun olaraq yazılı qaydada) tәmin edir.

13.4. Administrator Müştәrinin müraciәtinә müstәqil qaydada baxır. Bununla belә, Müştәrinin aparılmış Әmәliyyata dair narazılığına dair әrizәnin qәbul edildiyi hallarda Banka müraciәt edir. Bank Administratordan Müştәrinin әlavә mәlumatın verilmәsini, eyni zamanda Mal alğı-satqısını hәyata keçirәn üçüncü şәxslәrdәn mәlumatın tәqdim edilmәsini, habelә onun tәrәfindәn tәqdim edilmiş mәlumatın dәqiqlәşdirilmәsi mәqsәdilә bütün digәr hәrәkәtlәri yerinә yetirә bilәr.

14. MӘSULİYYӘT

14.1. Bir tәrәfdәn Müştәri vә ya Cüzdanın sahibi, digәr tәrәfdәn isә Admnistrator vә ya Bank özlәrinin hazırkı Şәrtlәrdә müәyyәn edilmiş öhdәliklәrinin yerinә yetirilmәmәsinә görә Şәrtlәrdә vә Azәrbaycan Respublikasının qanunvericiliyindә nәzәrdә tutulmuş hallarda mәsuliyyәt daşıyır. 14.2. Müştәri Cüzdandan istifadә etmәklә hәyata keçirilmiş bütün Әmәliyyatlara görә mәsuliyyәt daşıyır.

14.3. Müştәri özünün Administratora/Banka verdiyi bütün göstәrişlәrdә mövcud olan mәlumatların bütövlüyünә vә dәqiqliyinә görә mәsuliyyәt daşıyır.

14.4. Administrator (Bank) aşağıdakı hallarda Şәrtlәrdә müәyyәn edilmiş öhdәliklәrinin yerinә yetirilmәmәsi vә ya lazımınca yerinә yetirilmәmәsinә görә mәsuliyyәt daşımır:

14.4.1. Azәrbaycan Respublikasınının qanunverici vә (vә ya) icra hakimiyyәti orqanlarının Administrator vә ya Bankın Şәrtlәrә uyğun olaraq öz öhdәliklәrini yerinә yetirmәsini mümkünsüz edәn qәrarları;

14.4.2. Üçüncü şәxslәrin Әmәliyyatın aparılması mәqsәdilә Cüzdandan imtina etmәsi, o cümlәdәn hansısa bir qәza hadisәsinin, proqram vә (vә ya) texniki vasitәlәrin xidmәtlәrindә dayanmaların baş vermәsi dә daxil olmaqla, Administratorun (Bankın) nәzarәtindәn kәnar sәbәblәr;

14.4.3. Qarşısıalınmaz qüvvәnin tәsiri nәticәsindә yranmış hallar;

14.4.4. Azәrbaycan Respublikasının qanunvericiliyindә nәzәrdә tutulmuş digәr hallar.

14.5. Administrator (Bank) vәsaiti qәbul edәn şәxs tәrәfindәn göstәrişdә vә ya geri ödәmә әrizәsindә rekvizitlәrin sәhv göstәrilmәsi ilә әlaqәdar olaraq pul vәsaitlәrinin sәhvәn köçürülmәsinә görә mәsuliyyәt daşımır.

15. MÜQAVİLӘYӘ XİTAM VERİLMӘSİ

15.1. Cüzdanın fәaliyyәtinin başa çatdığı, o cümlәdәn qüvvәdә olduğu müddәtin bitdiyi andan etibarәn 30 (otuz) tәqvim günü әrzindә (bundan sonra “Hesabat dövrü” adlandırılacaq) Administrator (Bank) Cüzdanın qüvvәdәn düşdüyü tarixәdәk icra edilmiş, lakin sәrәncamlarının Banka göstәrilmiş tarixdәn gec çatan Әmәliyyatlar üzrә hesablaşmaları aparır.

15.2. Cüzdanın fәaliyyәtinin dayandırılmasından sonra 60 (altmış) gün әrzindә, Müştәri Administratora Cüzdanın fәaliyyәtinә xitam verilmәsinә dair әrizә ilә müraciәt etdiyi hallarda hәmin әrizәnin tәqdim edildiyi günә vә hәmin әrizә çәrçivәsindә Administratora (Banka) müraciәt edәrәk kart hesabını göstәrmәklә Cüzdanın istifadә olunmamış limitinin, geri ödәmә Әmәliyyatlarına әsasәn Bank tәrәfindәn pul vәsaitlәrinin qәbul edildiyi, habelә Cüzdanın qüvvәdәn düşdüyü tarixәdәk Cüzdanın limitinin artırılması mәqsәdilә Banka tәqdim edilmiş, lakin limitin artırılmasında istifadә olunmadığı hallarda isә Müştәrinin kart hesabına köçürülmәsini vә/vә ya nağd şәkildә verilmәsini tәlәb etmәk hüququna malikdir (“Geri ödәniş әrizәsi”).

15.3. Geri ödәmә әrizәsini qәbul edәn Administrator (Bank), hәm Cüzdanın limitindә mәblәğin olduğu, hәm dә Cüzdanın qüvvәdәn düşdüyü tarixәdәk Cüzdanın limitinin artırılmasında istifadә olunmayan pul vәsaitlәrinin geri ödәnilmәsi Әmәliyyatı nәticәsindә Bank tәrәfindәn qәbul edilmiş vәsaitin qalıq hissәsinin mövcud olduğu hallarda, Cüzdanın limitini tәşkil edәn vә (vә ya) Cüzdanın limitinin artırılmasında istifadә olunmayan pul vәsaitlәrinin geri ödәnilmәsi Әmәliyyatı nәticәsindә Bank tәrәfindәn qәbul edilmiş vәsaitin qalıq hissәsini tәşkil edәn pul vәsaitlәrini Müştәrinin Geri ödәmә әrizәsindә qeyd olunan bank hesabına köçürür. Bununla da hәmin köçürmә aşağıdakı qaydada hәyata keçirilir:

15.3.1. Geri ödәmә әrizәsinin Bank tәrәfindәn Hesabat dövrünә qәdәr vә ya Hesabat dövrü әrzindә qәbul edildiyi hallarda, Hesabat dövrü başa çatdıqdan sonra 10 (on) tәqvim günü әrzindә;

15.3.2. Geri ödәmә әrizәsinin Bank tәrәfindәn Hesabat dövrü başa çatdıqdan sonra qәbul edildiyi hallarda, Administrator vә Bank tәrәfindәn qәbul edildikdәn sonra 10 (on) tәqvim günü әrzindә. Bu kimi köçürmә Bank tәrәfindәn hәyata keçirildikdәn sonra Cüzdanın limiti sıfıra bәrabәr olur, Müqavilәnin özü dә qüvvәdәn düşdüyü kimi, Bankın da Müqavilәyә әsasәn bütün öhdәliklәrinә xitam verilir.

15.4. Cüzdanın limitindә vәsaitin olmadığı vә Cüzdanın fәaliyyәtinә xitam verilәnәdәk Cüzdanın limitinin artırılmasında istifadә olunmayan, pul vәsaitlәrinin geri ödәnilmәsi Әmәliyyatı nәticәsindә Bank tәrәfindәn qәbul edilmiş vәsaitin qalıq hissәsini tәşkil edәn pul vәsaitlәrinin olmadığı hallarda, Müqavilә Hesabat dövrünün sonunda öz qüvvәsini itirir.

16. DİGӘR MÜDDӘALAR

16.1. Müştәri Müqavilәnin bağlanılması, yaxud Cüzdanın açılması, yaxud Cüzdandan istifadә edilmәsi vә ya Cüzdanın başqa bir Cüzdan sahibinә verilmәsi anında mövcud olan şәraitinin әhәmiyyәtli dәrәcәdә dәyişmәsi ilә әlaqәdar olaraq yaranar bütün risklәri öz üzәrinә götürür vә bu kimi şәrait Administrator (Bank) vә Müştәrinin arasında yaranmış müqavilә münasibәtlәrinin dәyişdirilmәsinә vә ya xitamına sәbәb olmur.

16.2. Müştәri tәrәfindәn özünün Administrator (Bank) qarşısındakı pul vә digәr öhdәliklәrinin üçüncü şәxslәrә etibar edilmәsinә yol verilmir. Müştәri tәrәfindәn özünün Administrator (Bank) qarşısındakı tәlәblәrinin üçüncü şәxslәrә hәvalә edilmәsinә yol verilmir.

16.3. Cüzdanın sahibi bununla da Cüzdanın heç dә bütün Tәsәrrüfat Subyekti tәrәfindәn ödәniş qismindә qәbul edilmәdiyini, Tәsәrrüfat Subyektlәrә ximdәt göstәrәn ödәniş sisteminin vә (vә ya) digәr kredit tәşkilatlarının eyni zamanda Cüzdandan istifadә etmәklә aparılan Әmәliyyatların mәblәğinә dair mәhdudiyyәt tәtbiq edә bilәcәyini, habelә Cüzdandan istifadә etmәklә aparılan Әmәliyyatlara münasibәtdә öz komissiya haqlarını tәtbiq edә bilәcәyini anlayır, razılaşır vә bu barәdә mәlumatlıdır.

16.4. Müştәrinin heç bir halda Administratora (Banka) vә ya onlar tәrәfindәn müәyyәn olunmuş şәxsә verilәcәk/geri qaytarılacaq hәr hansı bir әmlakını saxlamaq hüququ yoxdur.

16.5. Administrator (Bank) vә Müştәrinin arasında, yaxud Administrator (Bank) vә Cüzdanın sahibinin arasında Şәrtlәrdәn irәli gәlәn vә ya Cüzdandan istifadә, yaxud bu kimi istifadә ilә әlaqәdar olaraq meydana gәlmiş bütün mübahisәlәrAzәrbaycan Respublikasının müvafiq mәhkәmәsindә baxılır.

16.6. Eynilә Şәrtlәrdә müәyyәn olunmuş müddәtlәr kimi, Şәrtlәrdә müәyyәn olunmuş bütün tarixlәr Azәrbaycan, Bakı vaxtına әsasәn müәyyәn olunur.