Tәhlükәsizlik

Tәhlükәsizlik


Wallet One “Vahid kassa” tәhlükәsizdirmi?

Wallet One ödәmә sistemi mövcud olduğu hәr ölkәnin nәzarәt orqanı tәrәfindәn lisenziyalaşdırılır vә buna görә tamamilә tәhlükәsizdir. Wallet One PCI DSS tәhlükәsizlik standartı, SSL-protokolu, Verified by Visa vә MasterCard SecureCode tәhlükәsizlik sistemlәrini tәtbiq edir.

PCI DSS — Ödәmә Kartları Sәnayesinin Tәhlükәsizlik Standartları Şurası (Payment Card Industry Security Standards Council) tәrәfindәn hazırlanmış beynәlxalq tәhlükәsizlik standartıdır. Tәhlükәsiz sistemlәrin qurulması vә onlara xidmәt göstәrilmәsinә dair 12 tәlәbdәn ibarәtdir vә iri beynәlxalq ödәmә sistemlәri tәrәfindәn qәbul edilib. Wallet One hәr il PCI DSS standartına uyğunluq testindәn keçir.

SSL-protokolu (Secure Sockets Layer) — mәlumatların ötürülmәsinin tәhlükәsizliyini tәmin edәn kriptoqrafik nәqliyyat mexanizmidir.

Verified by Visa — Visa ödәmә sistemi tәrәfindәn hazırlanmışdır vә ödәniş edilmәsi zamanı әlavә qoruma texnologiyasıdır.

MasterCard SecureCode — ödәnişin MasterCard bank kartları vasitәsilә edilmәsi zamanı әlavә qoruyucudur.

Bundan әlavә biz fırıldaq ödәnişlәrin aşkarlanması üçün nәzәrdә tutulan dәlәduzluq әleyhinә (anti-fraud) sistemdәn istifadә edirik. Bu, Wallet One ödәmә sistemini dәlәduzlardan başqa hamı üçün rahat vә tәhlükәsiz edir.


Tacirlәr üçün әsas tәhlükәsizlik qaydaları

Vahid kassa istifadәçisinin yadda saxlamalı olduğu әsas ehtiyyat tәdbirlәri istәnilәn maliyyә vasitәsinin istifadә qaydalarına oxşardır.

Şifrә

Etibarlı şifrә – tәhlükәsizliyin birinci vә әsas qaydasıdır. Yaxşı şifrә rәqәm vә hәrflәrdәn ibarәtdir vә tәrkibindә әn azı 6 simvol var. Şifrә yaradarkәn birbaşa sizinlә bağlı olan rәqәmlәri istifadә etmәyin (telefon nömrәsi, doğum tarixi, ŞV nömrәsi).
Şifrәni heç yerә qeyd etmәyin. Onu yadda saxlamaq çәtin olsa belә, (xüsusilә, uzun vә mürәkkәb şifrә olduqda) bu, biznesinizin tәhlükәsizliyi üçün vacibdir.

Fişinq

Fişinq — cinayәtkarların özlәrini xidmәtlәrindәn istifadә etdiyiniz bank vә ya ödәmә sistemi kimi qәlәmә verdiklәri dәlәduzluq növüdür.

Bu necә olur: sizә mәktubla link göndәrilir vә tәklif olunur ki, linklә keçib şifrә vә ya digәr mәlumatlarınızı daxil edәsiniz. İlk baxışda bu sizә tanış olan saytın linki kimi görünә bilәr. Mәktubda hesabın bloklanması, pul köçürülmәsi vә ya pul mükafatının qazanıldığı haqda yalan mәlumatlar ola bilәr. Belә mәktub aldıqda ehtiyyatlı olun!

Şübhәli link almısınızsa, bu haqda security@walletone.com ünvanımıza yazın vә ya linki antiphishing.ru saytında müvafiq forma daxil edin.

  1. Brauzerdә sәhifәnin ünvanına diqqәtlә baxın. Ola bilsin, görәcәksiniz ki, sizә hansısa mәlumatları www.walletone.com saytında deyil, www.namәlum-nәsә-walletone.com saytında daxil etmәyi tәklif edirlәr. Qәtiyyәn daxil etmәyin! Diqqәtlә baxın — әslindә brauzerdә linkin mәtninin bir hissәsi qara, bir hissәsi isә boz rәngdә olmalıdır. Qara rәng ilә domen, yәni www.walletone.com qeyd edilmәlidir. Әks halda linki göndәrilmiş saytın bizә heç bir aidiyyatı yoxdur.
  2. Şifrәni YALNIZ şәxsi kabinetә giriş zamanı daxil edin. Onu heç bir mәktubda, SMS mesaj vә s. yerlәrdә, hәtta şifrәni daxil etmә xahişi çox inandırıcı görsәnsә belә yazmayın.

Antivirus

Antivirus sizi Vahid kassa şifrәnizin oğurlanmasından qoruyacaq. Onu vaxtaşırı yenilәmәyi unutmayın.