İnternet mağazaları üçün qaydalar

İnternet mağazaları üçün qaydalar

Qadağan olunmuş fәaliyyәt növlәri

Vahid kassa qeydiyyatda olduqları ölkәlәrin qanunlarını pozan internet mağazaları ilә işlәmir. Rusiya әrazisindә fәaliyyәt göstәrәn internet mağazaları üçün qadağan olunmuş fәaliyyәt növlәrinin siyahısına aşağıdakılar daxildir (lakin bunlarla mәhdudlaşmır):
  • aldatma, dәlәduzluq vә ya digәr qanunsuz yollarla gәlir әldә etmәyә vә/vә ya digәr faydalar qazanmağa birbaşa vә ya dolayısıyla yönәldilmiş fәaliyyәt
  • müәlliflәrin müvafiq icazәsi olmadan intellektual mülkiyyәt obyektlәrinin satışı
  • özündә istifadәçiyә zәrәr vura vә ya mәlumatın itmәsinә sәbәb ola bilәcәk kompyuter virusları vә ya digәr komponentlәr daşıyan proqram tәminatının satışı
  • terrorçuluğun, millәtlәrarası, irqi vә ya dini ayrıseçkiliyin, istәnilәn şәkildә ziyan vurmanın tәbliğ edilmәsi daxil olmaqla qanunsuz fәaliyyәtlәrә hәvәslәndirәn mәlumatları, elәcә dә bütün növ pornoqrafiya materialları daxil olmaqla qadağan olunmuş mәzmunlu mәlumatların satışı
  • istәnilәn növ silah, narkotik vasitәlәr vә ya onların ayrı-ayrı tәrkib hissәlәrinin satışı.
İnternet xidmәtlәrinә müvafiq lisenziyalar olmadan ödәmә sistemlәrinin funksiyalarını yerinә yetirmәk, yәni vәsaitlәri hesablarına qәbul etmәk, saxlamaq vә onları digәr vasitәlәrә yönlәndirmәk qadağan edilir.

Sahib haqda mәlumat

Vahid kassaya qoşulmuş internet mağazasının istifadәçi hesabında sahibi haqda aşağıdakı mәlumatlar olmalıdır: soyadı, ad, atasının adı, doğum tarixi vә şәxsiyyәt vәsiqәsinin tam mәlumatları, hәmçinin sistemdә tәsdiq edilmiş e-mail vә mobil telefon nömrәsi.

İnternet mağazasının sahibi haqda mәlumatı Vahid kassa vasitәsilә ilk uğurlu ödәmәni qәbul etdikdәn әn geci 3 gün sonra tәqdim etmәk lazımdır, lakin bunu mağazanın qeydiyyatından dәrhal sonra etmәk daha mәqsәdәuyğundur.

İdentifikasiya

İnternet mağazasının sahibi haqda mәlumatlar FMX (Federal Miqrasiya Xidmәti) resurslarına uyğunluq yoxlamasından keçmәdiyi vә ya onların doğru olmadığı ehtimal edildiyi hallarda cinayәt yolu ilә әldә edilmiş gәlirlәrin leqallaşdırılmasının qarşısını almaq mәqsәdilә internet mağazasına xidmәtin göstәrilmәsi onun sahibinin identifikasiyadan keçirilmәsi üçün dayandırıla bilәr.

İnternet mağazasının sahibi identifikasiyadan müstәqil şәkildә özü keçә bilәr. Bunun üçün identifikasiyadan keçmәk istәyi haqda müraciәt support@walletone.com e-mail-ına göndәrilmәlidir.

Cinayәt yolu ilә әldә olunmuş gәlirlәrin leqallaşdırılmasının qarşısını almaq mәqsәdilә daxili nәzarәtin tәmin olunması RF qanunvericiliyinә uyğun olaraq pul vәsaitlәri ilә әmәliyyatlar edәn tәşkilatların öhdәliyidir.

Saytın tәrtibatına dair tәlәblәr

1. Seksual, narkotik, siyasi, milliyyәtçi xarakterli qrafik vә mәtn tipli mәlumatları (gizli olanlar daxil), elәcә dә belә mәlumatlara linklәri saytda yerlәşdirmәk qadağandır.

2. Saytda aşağıdakılar olmamalıdır:

  • işlәmәyәn sәhifәlәr (HTTP 301,302,401,403,404,502 uyğunluq kodlarına uyğun olan)
  • keçid istiqamәtlәri saytın biznes mәntiqinә uyğun olmayan linklәr
  • keçid istiqamәtlәri saytda bәyan olunanlara uyğun olmayan linklәr
  • digәr saytlara yönlәndirәn sәhifәlәr/linklәr (yönlәndirmә haqda açıq-aşkar qeyd göstәrilmәdәn).

3. Malların verilmә mәntәqәlәri olan internet mağazaların saytlarında onların yerlәşmәsi haqda mәlumat yerlәşdirilmәlidir (faktiki ünvan, nәqliyyatla gәlmә sxemi).

4. Saytda hüquqi şәxs haqda mәlumatlar (poçt ünvanı, dövlәt qeydiyyat nömrәsi, VÖEN, müştәri müraciәtlәrindәn cavabdeh әmәkdaşların әlaqә mәlumatları) yerlәşdirilmәlidir.

5. Saytda internet mağazaları vә müştәrilәr arasında sövdәlәşmәlәrin RF qanunvericiliyinin tәlәblәrinә uyğun edilmәsi üçün lazım olan sәnәdlәr (ofertalar vә s.) yerlәşdirilmәlidir.

6. Saytda satılan mәhsullara (xidmәtlәrә) istehsalçı vә ya dövlәt orqanları tәrәfindәn verilәn lisenziyalar, icazәlәr haqda, hәmçinin hәmin sәnәdlәrin kimә, kim tәrәfindәn, hansı müddәtә, hansı fәaliyyәt vә ya mallara verildiyini birmәnalı müәyyәn edәn (mәtn vә qrafk tipli) mәlumatlar yerlәşdirilmәlidir (lisenziyalı fәaliyyәtә aiddir).

7. Saytda plastik kart vasitәsilә edilәn ödәmәlәrin tәhlükәsizliyinin (Verifed by Visa и MasterCard Secure Code) tәmin olunması ilә bağlı internet mağazalarının gördüklәri tәdbirlәr haqda mәlumatlar, plastik kart vasitәsilә ödәmәlәrin edilmәsi haqda tәlimat, malların vә ödәmәlәrin qaytarılması (ödәmә yalnız edildiyi karta qaytarıla bilәr) vә mübahisәlәrin RF qanunvericiliyinә uyğun hәll olunacağı haqda qaydalar yerlәşdirilmәlidir.

Qadağan olunmuş ödәmә sistemlәri

Maliyyә fırıldaqları, qanunsuz ticarәt, cinayәt yolu ilә әldә edilmiş pul vәsaitlәrinin yuyulması vә leqallaşdırılmasının qarşısını almaq mәqsәdilә Vahid kassa mübadilә xidmәtlәri vә istifadәçilәrinә aşağıdakı ödәmә sistemlәrinin maliyyә vasitәlәrinә mübadilә etmәk qadağandır:

  • AlertPay (alertpay.com)
  • c-gold (c-gold.com)
  • e-bullion (e-bullion.com)
  • e-gold (e-gold.com)
  • Liberty Reserve (libertyreserve.com)
  • Pecunix (pecunix.com)
  • PerfectMoney (perfectmoney.com)
  • BitCoin (mübadilә edәn birjalar daxil olmaqla)