Tәlimat

Tәlimat

1. Biznesin başlanması

1.1 İnternet mağazasının qeydiyyatı

İstifadәçi hesabının qeydiyyatı saytın әsas sәhifәsindә “Kassa” bölmәsindә hәyata keçirilir. Qeydiyyat üçün internet mağazası e-mail vә ya mobil telefon nömrәsini daxil etmәli vә şifrә yaratmalıdır. Promo kodunuz varsa, bu mәrhәlәdә qeyd edә bilәrsininz.

Diqqәt! Promo kodu qeyd etmәmisinizsә, qeydiyyatdan sonra onu artıq istifadә edә bilmәyәcәksiniz.

Sistemimizdә istifadәçi hesabı yaradılacaq. Sonrakı addımları daha tez keçmәniyiniz üçün öncә istifadәçi hesabınızı sazlamağı tövsiyyә edirik.

Burada siz şәxsi mәlumatlarınızı daxil edә, şifrәnizi sazlaya, şәxsi kabinetә giriş statistikasını yoxlaya bilәrsiniz. Profildә e-mail vә ya telefon nömrәsi sәtri artıq doldurulmuş olacaq – qeydiyyat zamanı qeyd etdiyiniz mәlumatlar әks olunacaq.

Aşağıda göstәrdiyimiz misalda qeydiyyat telefon nömrәsi üzrәdir. Telefon nömrәsini aktivlәşdirmәk üçün onu SMS-lә aldığınız bir istifadәlik kodla tәsdiqlәmәlisiniz.

Sonra e-mail-ı qeyd etmәk vә “Göndәrmәk” düymәsini basmaq lazımdır. Sistem e-mail-ınıza mәktub göndәrәcәk.

Tәsdiq edilmiş mәlumatlar sazlamalarda әks olunacaq. Hәmin telefon nömrәsi vә e-mail sistemә daxil olmaq üçün istifadәçi adı olacaqlar. Xahiş edirik, onları kәnar şәxslәrә bildirmәyin!

Diqqәt! “Tәhlükәsizlik” bölmәsindә dәrhal әlavә qoruma funksiyasını qoşa bilәrsiniz.

İstifadәçi hesabının sazlanmalarından layihә idarәetmә formuna keçib mağazanın qeydiyyatına başlamaq olar.

Tәqdim edilmiş mәlumata әsasәn şәxsi vә biznes istifadәçi hesabları üçün müxtәlif limitlәr vә tәlәblәr qoyulub.

Biznes istifadәçi üçün akrivlәşdirmә prosesindә hüquqi şәxs haqda mәlumаt tәqdim etmәk, hәmçinin Wallet One sisteminin operatorlarından biri ilә müqavilә imzalamaq tәlәb olunur.

Layihәnin qeydiyyatı zamanı sistemimiz hesab-fakturaların göndәrilәcәyi valyutanı seçmәyi tәklif edәcәk. Alıcı seqmentinizi әsas tutun vә biznesiniz üçün әn aktual olacaq valyutanı seçin.

1.2 İnternet mağazasının istifadәçi hesabının aktivlәşdirilmәsi

Layihәnizin qeydiyyatından sonra sistemin sizә növbәti addımı bildirәcәyi idarәetmә panelini görәcәksiniz.

Aktivlәşdirmә — bu Vahid kassanın sazlanmasının birinci mәrhәlәsidir. Bu mәrhәlәdә internet mağazası özü vә saytı haqda mәlumatları tәqdim edir, әlaqә mәlumatlarını (telefon nömrәsi, e-mail vә internet mağazası saytının ünvanı) tәsdiqlәyir, hәmçinin Vahid kassanın tariflәri ilә razılaşır.

1.2.1 İstifadәçi hesabının aktivlәşdirilmәsi. Bu addım profilinizin sazlamalarını etmәdikdә vә e-mail/telefon nömrәsi haqda mәlumatları tәsdiqlәmәdikdә tәlәb olunacaq.

Bu mәrhәlәdә göstәrilәn mәlumatlar profildә әks olunacaq vә istifadәçi hesabına giriş üçün istifadәçi adı olacaq.

Bundan sonra siz avtomatik olaraq saytın tәsdiqlәnmәsi mәrhәlәsinә keçәcәksiniz. Әvvәlcәdәn profilinizi sazlamısınızsa, sizin üçün proses mәhz bu addımdan başlayacaq.

1.2.2 Saytın tәsdiqi. Burada siz sistemimizdә saytı tez tәsdiqlәmәyә vә işә başlamağa kömәk edәcәk tәlimatları görәcәksiniz.

Diqqәt! Burada qeyd edilәn e-mail vә telefon nömrәsinә bildirişlәrimiz gәlәcәk, mәs., sifarişin ödәnildiyi haqda. Gәlәcәkdә, lazım olarsa, bu e-mail vә telefon nömrәsi “Sazlamalar” bölmәsinin “Bildirişlәr” alt bölmәsindә dәyişdirilә bilәr.

Bütün mәlumatlar tәsdiqlәndikdәn sonra mağazası işә başlamaq üçün hazırdır. Limitlәrlә tanış olmaq vә ya inteqrasiyaya keçmәk olar.

1.3 Moderasiyanın keçirilmәsi

Moderasiya — aktivlәşdirmәdәn sonra icra edilәn internet mağazası üzrә mәlumatların daxili yoxlama prosedurudur (biznesin qanunlara uyğun olması, saytdakı vә şәxsi kabinetin profilindәki mәlumatların doğruluğu vә tamlığı).

Diqqәt! İnternet mağazasının fәaliyyәti qüvvәdә olan qanunvericiliyә vә ya Wallet One daxili qaydalarına ziddirsә, hәtta uğurlu aktivlәşdirmәdәn sonra ona xidmәt göstәrmәkdәn imtina oluna bilәr.

Moderasiyadan sonra internet mağazasının biznes istifadәçi hesabı tәrәfindәn vәsait çixartma imkanı әldә etmәk üçün müqavilә bağlama prosedurundan keçmәk lazımdır.

1.4 Layihәlәrin әlavә edilmәsi

Şәxsi kabinetin yuxarı sağ küncündә layihәlәrin vә istifadәçi hesabının әsas mәlumatlarının idarә edilmәsi menyusunu açan düymә var.

İnternet mağazası layihә idarәetmә menyusu vasitәsilә yeni layihә әlavә edә vә ya öz layihәlәri arasında keçid edә bilәr.

Diqqәt! Layihәlәrin balansları ayrıdır, bir-birilәri ilә kәsişmir.

İnternet mağazasının saytının yeni layihәsini әlavә etmәk üçün mağazanın adını,ünvanını daxil edib kateqoriyasını seçmәk lazımdır. Biznes istifadәçi hesabları mavi rәngli işarә ilә qeyd olunacaqlar.

Diqqәt! İnternet mağazası hüquqi şәxs kimi fәaliyyәt göstәrirsә,müqavilә bağlamaq lazımdır.Hәr lahiyә(tacir istifadәçi hesabı) üçün ayrıca müqavilә bağlanılır.

2. Texniki inteqrasiya

Ödәmәlәrin avtomatik rejimdә qәbul olunması üçün internet mağazası texniki inteqrasiya edә bilәr. Mağazanın necә işlәmәsindәn asılı olaraq ödәmәlәrin qәbulunu bir neçә üsul ilә sazlamaq olar.

Diqqәt! Bütün test ödәmәlәri real vaxt rejimindә keçirilәcәk. Buna görә ödәmә mәblәğini 5-10 rubl arası qeyd etmәyi mәslәhәt görürük.

2.1 Sifarişin ödәnilmәsi üçün linkin generasiyası

Vahid kassa vasitәsilә ödәmәlәri qәbul etmәk üçün bütün xırdalıqları öyrәnmәk vә texniki inteqrasiyanı keçirmәk mütlәq deyil. Sifarişlәriniz çox deyilsә, müştәrilәrinizә sifarişin ödәnilmәsi üçün linki birbaşa e-mail-larına göndәrә bilәrsiniz. Sifarişin ödәnilmәsi üçün linki müştәrinin e-mail-ına şәxsi kabinetinizdә olan “Hesab-fakturalar” bölmәsindәki “Hesab-fakturanı göndәrmәk” düymәsinin kömәyi ilә göndәrә vә ya saytın xüsusi sәhifәsindә generasiya edә bilәrsiniz.

2.2 Mağazanın CMS modulunun qoşulması

Saytın xüsusi bölmәsindә müxtәlif CMS-lәr üçün Vahid kassa ödәmә xidmәtinin xüsusiyyәtlәri nәzәrә alınaraq hazırlanmış ödәmә modullarının bazası yerlәşdirilmişdir. Modullar yüklәnmә üçün aktivdir vә әtraflı quraşdırma tәlimatı ilә tәmin olunmuşdurlar.

2.3 API vasitәsilә inteqrasiya

Vahid kassanın ödәmә formunda ödәmә üsullarının әks olunmasını idarә etmәyә, göndәrilәcәk hesab-fakturanın qüvvәdә olma müddәtini tәyin etmәyә, malların çatdırılmasını aktivlәşdirmәyә vә deaktivlәşdirmәyә vә s. imkanları verәn sadә, lakin çox funksional inteqrasiya protokolu vardır. Bunun üçün Vahid kassa saytında yerlәşdirilmiş xüsusi tәlimata riayәt etmәk lazımdır.

3. Ödәmәlәrin izlәnilmәsi

İnternet mağazasının Vahid kassa vasitәsilә göndәrdiyi bütün hesab-fakturalar şәxsi kabinetdә “Hesab-fakturalar” bölmәsindә әks olunur. Bu bölmәdә hesab-fakturaların tarixlәri, statusları üzrә filtrlәr tәtbiq etmәk vә ya sifarişin nömrәsi, hesab-fakturanın mәblәği vә ya tәsviri üzrә axtarış etmәk mümkündür.

3.2 Hesab-fakturanın statusu

Hesab-faktura aşağıda sadalanan statuslarda ola bilәr:

  • Göndәrilib — hesab-faktura göndәrilib vә ödәnilmәsini gözlәyir. Hesab-fakturanın ödәnilә bilәcәyi müddәt internet mağazası tәrәfindәn tәyin edilә bilәr.
  • Natamam ödәnilib — ödәnilmiş mәblәğ göndәrilmiş hesab-fakturanın ödәnilmәsi üçün kifayәt qәdәr deyil. Mәs., hesab-fakturanın mәblәği 100 rubldur, istifadәçi 90 rubl ödәyib. Bu, ödәmә terminalında baş verә bilәr: ödәyici kifayәt qәdәr mәblәği daxil etmәdiyi vә ya terminal tәrәfindәn çıxarılan komissiya haqqını nәzәrdә tutmadığı halda.
  • Ödәnilib — ödәmә tam olaraq keçib vә internet mağazasının hesabına oturub.
  • Rәdd edilib — alıcı hesab-fakturanın ödәnilmәsini rәdd edib.
  • Lәğv edilib — internet mağazası hesab-fakturanın ödәnilmәsini lәğv edib.

3.3 Aydınlaşdırılmamış ödәmәlәr

Artıq ödәnilmiş mәblәğ vә hesab-faktura üzrә natamam ödәmә zamanı natamam ödәnilmiş mәblәğ aydınlaşdırılmamış ödәmәlәr hesabına oturur.

Aydınlaşdırılmamış ödәmәlәr hesabı — internet mağazasının ünvanına daxil olmuş vә әsas hesaba oturması mümkün olmayan ödәmәlәrin mәblәğlәrinin әks olunması üçün nәzәrdә tutulmuş ayrıca hesabdır.

Mәblәğ tam ödәnilmәdiyi halda internet mağazası daxil olmuş mәblәği hesab-faktura üzrә ödәmә kimi qәbul edә vә “Ödәnilmiş hesab etmәk” düymәsinә basmaqla әsas hesaba otuzdura vә ya vәsaitlәri alıcıya qaytara bilәr. Bununla belә daxil olmuş mәblәğ hәr bir ödәmә üzrә ayrılıqda (kursoru hesab-fakturanın ödәnilmәsi statusunu әks etdirәn zolağın üzәrinә gәtirәrkәn) avtomatik açılan menyudakı «Qaytarmaq» düymәsini basmaqla qaytarılır.

Diqqәt! Menyudan «Hesab-fakturanı lәğv etmәk» bәndini seçsәniz ödәnilmiş mәblәği alıcının Wallet One sistemindәki hesabına qaytarmaq olar. Qaytarılmış mәblәği ödәmә kimi qәbul etmәk artıq mümkün olmayacaq.

İnternet mağazasının әsas hesabına otuzdurulanadәk hesabdakı bütün aydınlaşdırılmamış ödәmәlәr oturduqları valyutada әks olunur vә geri qaytarılarkәn ödәnildiklәri valyutada geri qaytarılırlar. Alıcı tәrәfindәn mal vә ya xidmәtә görә ödәnilmiş vәsaitlәri alıcının müraciәti әsasında tam olaraq geri qaytarmaq tәlәb olunduqda ödәnilmiş hesab-fakturanın geri qaytarılması funksiyasından istifadә etmәk olar.

Diqqәt! Daxil olarkәn bu kimi vәsaitlәrdәn tutulan komissiya haqqı geri qaytarılmır. Çünki, ödәmә sistemi tәrәfindәn xidmәt göstәrilmiş hesab olunur. Hәmçinin, vәsaitlәrin qaytarılması zamanı da komissiya haqqı tutulur.

4. Vәsait çıxartma

Şәxsi istifadәçi hesabının sahibi şәxsi kabinetin “Vәsait çıxartma” bölmәsindә vәsaitlәri bank hesabına, karta vә ya müxtәlif ödәmә sistemlәrinә çıxarda bilәr. Hәmçinin, bu bölmәdә vәsaitlәrin cәdvәl üzrә çıxarılmasını sazlamaq da olar.

Müqavilә әsasında işlәyәn internet mağazaları üçün vәsailtәr onların hesablaşma hesabına müqavilәdәki әks olunmuş cәdvәl üzrә çixarılır.

5. Hesablaşmaların müqayisәsi

Hesablaşmaların müqayisәsi internet mağazasının necә (Şәxsi hesab әsasında vә ya müqavilә üzrә Biznes hesabı әsasında) işlәmәsindәn asılı olaraq fәrqlәnir. Şәxsi hesab sahiblәri inteqrasiya zamanı bildirdiklәri istәklәrinә uyğun reyesterlәr әldә edirlәr.

Biznes hesab sahiblәri әlavә olaraq maliyyә hesabatları üçün kağız daşıyıcıda sәnәdlәr paketi әldә edirlәr.